• Home  
  • Rusiya Ermənistandan süd məhsullarının idxalını qadağan edib
- Dünya - Gündəm - İQTİSADİYYAT

Rusiya Ermənistandan süd məhsullarının idxalını qadağan edib

Rusiya Ermənistandan süd məhsullarının idxalını qadağan edib. Əks-səda xəbər verir ki, bu barədə Rosselxoznadzor (Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət) məlumat yayıb. Bildirilib ki, qurum bir neçə müəssisədə aparılan yoxlamalardan sonra Ermənistandan süd məhsullarının idxalını qadağan edib. “14-21 iyul tarixlərində aparılan yoxlamalar zamanı qurum Rusiyaya göndərilən məhsulların istehsalında yoluxmuş mal-qaranın südündən istifadə edildiyini təsdiqləyib. Ermənistan […]

Rusiya Ermənistandan süd məhsullarının idxalını qadağan edib.

Əks-səda xəbər verir ki, bu barədə Rosselxoznadzor (Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət) məlumat yayıb.

Bildirilib ki, qurum bir neçə müəssisədə aparılan yoxlamalardan sonra Ermənistandan süd məhsullarının idxalını qadağan edib.

“14-21 iyul tarixlərində aparılan yoxlamalar zamanı qurum Rusiyaya göndərilən məhsulların istehsalında yoluxmuş mal-qaranın südündən istifadə edildiyini təsdiqləyib. Ermənistan Baytarlıq Xidmətinin yerli xammaldan və ya Avrasiya İqtisadi İttifaqı müəssisələrindən xammaldan istifadə ilə bağlı əvvəlki vədlərinə baxmayaraq, Rusiya bazarı üçün yüksək yağlı məhsulların istehsalı üçün üçüncü ölkələrdən xammaldan istifadə halları təsdiqlənib”, – Xidmətin yaydığı məlumatda qeyd olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.