• Home  
  • Yaponiyada 40 dərəcəlik istilərin ən uzunmüddətli dövrü qeydə alınıb
- Dünya - Gündəm - Hadisə

Yaponiyada 40 dərəcəlik istilərin ən uzunmüddətli dövrü qeydə alınıb

Yaponiyanın bir sıra bölgələrində ardıcıl beşinci gündür ki, ekstremal istilər müşahidə olunur – havanın temperaturu 40°C-ni ötür. Əks-səda xəbər verir ki, şənbə günü 2011-ci ildən indiyə qədər temperaturun 40°C və daha yüksək olduğu ən uzunmüddətli dövr kimi qeydə alınıb. Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, Gifu prefekturasının Mino və Tacimi şəhərlərində temperatur müvafiq olaraq 40,8°C və 40,7°C, […]

Yaponiyanın bir sıra bölgələrində ardıcıl beşinci gündür ki, ekstremal istilər müşahidə olunur – havanın temperaturu 40°C-ni ötür.

Əks-səda xəbər verir ki, şənbə günü 2011-ci ildən indiyə qədər temperaturun 40°C və daha yüksək olduğu ən uzunmüddətli dövr kimi qeydə alınıb.

Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, Gifu prefekturasının Mino və Tacimi şəhərlərində temperatur müvafiq olaraq 40,8°C və 40,7°C, Miye prefekturasının Kuvana şəhərində isə 40,6°C olub.

Yamanasi prefekturasının Kofu şəhərində isə Tokaydo bölgəsindən kənarda ilk dəfə olaraq termometrlər 40°C-ni göstərib. Son günlər anomal istilər nəticəsində minlərlə insan günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Kanto bölgəsindən qərbdə yerləşən əksər prefekturalarda xəbərdarlıq elan olunub.

Hakimiyyət orqanları sakinləri kondisionerli məkanlarda qalmağa, uzun müddət açıq havada olmamağa və mütəmadi su içməyə çağırır. Xüsusilə yaşlılara və uşaqlara xüsusi diqqət yetirilməsi tövsiyə olunur.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.