• Home  
  • Rusiya Xersona zərbələr endirib: ölənlər və yaralananlar var
- Dünya - Gündəm

Rusiya Xersona zərbələr endirib: ölənlər və yaralananlar var

Rusiya Silahlı Qüvvələri son sutka ərzində aviasiya, pilotsuz uçuş aparatları (PUA) və artilleriyadan istifadə etməklə Ukraynanın Xerson vilayətində yerləşən 36 yaşayış məntəqəsinə zərbələr endirib. Əks-səda xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin sosial şəbəkədə paylaşım edib. Onun sözlərinə görə, hücumlar nəticəsində iki nəfər həlak olub, daha 24 nəfər isə müxtəlif dərəcəli […]

Rusiya Silahlı Qüvvələri son sutka ərzində aviasiya, pilotsuz uçuş aparatları (PUA) və artilleriyadan istifadə etməklə Ukraynanın Xerson vilayətində yerləşən 36 yaşayış məntəqəsinə zərbələr endirib.

Əks-səda xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, hücumlar nəticəsində iki nəfər həlak olub, daha 24 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Prokudin bildirib ki, zərbələr yaşayış məhəllələrinə, eləcə də kritik və sosial infrastruktur obyektlərinə dəyib.

“Qaz kəmərləri, yanacaqdoldurma məntəqəsi, kilsə, mağazalar, 18 çoxmərtəbəli yaşayış binası, 17 fərdi ev, təsərrüfat tikililəri, qarajlar və avtomobillər zədələnib”, – deyə o vurğulayıb.

Xerson Şəhər Hərbi Administrasiyasının rəhbəri Yaroslav Şankonun sözlərinə görə, zərbələr Xerson, Kamışanı, Antonovka, Priozernoje və Zimovnik yaşayış məntəqələrində qeydə alınıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.