• Home  
  • Bakının bir çox ərazisində işıq olmayacaq
- Cəmiyyət - Gündəm - Ölkə

Bakının bir çox ərazisində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 28-də paytaxtın bir sıra ərazilərində təmir-təftiş işləri aparılacaq. Əks-səda xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, görüləcək işlərlə əlaqədar Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində 10:00-dan 13:00-dək Mətbuat prospekti və Ayna Sultanova küçəsinin bir hissəsində […]

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 28-də paytaxtın bir sıra ərazilərində təmir-təftiş işləri aparılacaq.

Əks-səda xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, görüləcək işlərlə əlaqədar Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində 10:00-dan 13:00-dək Mətbuat prospekti və Ayna Sultanova küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Nərimanov rayonunda İzzəddin Həsənoğlu, Aşıq Molla Cümə və Təbriz küçələrində olan hündürmərtəbəli yaşayış binalarında saat 09:00-dan 13:00-dək mərhələli şəkildə elektrik enerjisinin verilişi dayandırılacaq.

Xətai rayonunda 10:00-dan 16:00-dək Məzahir Rüstəmov, Seyid Əzim Şirvani, Məhəmməd Hadi, Lütfi Zadə, Qaçaq Nəbi və Sarayevo küçələrində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.