• Home  
  • Çinin şimalında iki zəlzələ baş verib
- Dünya - Gündəm - Hadisə

Çinin şimalında iki zəlzələ baş verib

Çinin şimalında, Çinxay vilayətində 5,8 və 5,6 maqnitudalı iki zəlzələ baş verib. Əks-səda xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, birinci zəlzələnin episentri təxminən 1,6 milyon insanın yaşadığı Sinin şəhərindən 242 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub. İkinci zəlzələnin episentri isə həmin şəhərdən 249 km cənub-qərbdə […]

Çinin şimalında, Çinxay vilayətində 5,8 və 5,6 maqnitudalı iki zəlzələ baş verib.

Əks-səda xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, birinci zəlzələnin episentri təxminən 1,6 milyon insanın yaşadığı Sinin şəhərindən 242 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

İkinci zəlzələnin episentri isə həmin şəhərdən 249 km cənub-qərbdə yerləşib, ocağın dərinliyi 15 km təşkil edib. Zərərçəkənlər və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.