Sakit okean akvatoriyasında, Petropavlovsk-Kamçatskidən 521 kilometr və Aleut bələdiyyə dairəsinin inzibati mərkəzi olan Nikolskoye kəndindən 116 kilometr məsafədə 5,5 maqnitudalı zəlzələ baş verib.
Əks-səda xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqat Mərkəzinin Kamçatka filialından bildirilib.
Zəlzələ ocağı 63,7 metr dərinlikdə yerləşib.
Nikolskoyedə zəlzələ 3 bala qədər hiss olunub. Dağıntılar və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.


