• Home  
  • “Telegram”ın təsisçisi Pavel Durov beynəlxalq axtarışa verilib
- Dünya - Gündəm - Hadisə

“Telegram”ın təsisçisi Pavel Durov beynəlxalq axtarışa verilib

Cinayət işi çərçivəsində terrorçuluq fəaliyyətinə yardım maddəsi ilə ittiham olunan “Telegram” messencerinin təsisçisi Pavel Durov beynəlxalq axtarışa verilir. Əks-səda xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. “Telegram”ın rəhbəri P.Durova Rusiya Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci hissəsində (terror fəaliyyətinə kömək etmə) nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri üzrə araşdırılan cinayət işi çərçivəsində ittiham irəli […]

Cinayət işi çərçivəsində terrorçuluq fəaliyyətinə yardım maddəsi ilə ittiham olunan “Telegram” messencerinin təsisçisi Pavel Durov beynəlxalq axtarışa verilir.

Əks-səda xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Telegram”ın rəhbəri P.Durova Rusiya Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci hissəsində (terror fəaliyyətinə kömək etmə) nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri üzrə araşdırılan cinayət işi çərçivəsində ittiham irəli sürülüb”, – məlumatda bildirilib.

Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, “Telegram” messencerinin administrasiyası Ukrayna xüsusi xidmət orqanları tərəfindən Rusiyada təxribat-terror aktlarının, kütləvi qətllərin, eləcə də kiberdələduzluğun hazırlanması üçün fəal şəkildə istifadə edilən kanalları, çatları və botları silməyib. Bunların da nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla çoxsaylı insan tələfatı baş verib, milyardlarla maddi ziyan dəyib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.