• Home  
  • Paşinyan Ermənistan hökumətinin istefasının anonsunu verib
- Dünya - Gündəm

Paşinyan Ermənistan hökumətinin istefasının anonsunu verib

İyunun 7-də keçirilmiş parlament seçkilərinin yekunlarına əsasən yeni nazirlər kabinetinin formalaşması ilə əlaqədar olaraq Ermənistan hökuməti avqustun 2-də istefaya gedəcək. Əks-səda xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib. “Biz bazar günü (2 avqust – red.) istefa verəcəyik. Bu gün hökumətin bu tərkibdə son iclası keçirilir”, – o bildirib. Baş […]

İyunun 7-də keçirilmiş parlament seçkilərinin yekunlarına əsasən yeni nazirlər kabinetinin formalaşması ilə əlaqədar olaraq Ermənistan hökuməti avqustun 2-də istefaya gedəcək.

Əks-səda xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib.

“Biz bazar günü (2 avqust – red.) istefa verəcəyik. Bu gün hökumətin bu tərkibdə son iclası keçirilir”, – o bildirib.

Baş nazir xatırladıb ki, parlamentin yeni tərkibdəki ilk iclası günü köhnə hökumət istefa verir: “Bundan sonra Ermənistan prezidenti parlamentdə çoxluğa malik partiyanın namizədini baş nazir postuna təyin edəcək”.

Qeyd edək ki, iyunun 7-də keçirilmiş parlament seçkilərində Paşinyanın təmsil etdiyi hakim “Vətəndaş müqaviləsi” partiyası qalib gəlib və yeni hökuməti müstəqil şəkildə formalaşdırmaq hüququ qazanıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.