• Home  
  • Sabah Bakının üç ərazisində qaz təchizatında fasilə yaranacaq
- Cəmiyyət - Gündəm - Ölkə

Sabah Bakının üç ərazisində qaz təchizatında fasilə yaranacaq

İyulun 31-də Bakının Lökbatan, Qobu qəsəbələrində, həmçinin Nizami rayonunun bir sıra küçələrində qaz təchizatı müvəqqəti olaraq məhdudlaşdırılacaq. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması səbəbindən sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Lökbatan qəsəbəsinə bütünlüklə, Qobu qəsəbəsinin müəyyən hissəsinə, eləcə də Nizami rayonunun R. […]

İyulun 31-də Bakının Lökbatan, Qobu qəsəbələrində, həmçinin Nizami rayonunun bir sıra küçələrində qaz təchizatı müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması səbəbindən sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Lökbatan qəsəbəsinə bütünlüklə, Qobu qəsəbəsinin müəyyən hissəsinə, eləcə də Nizami rayonunun R. Rüstəmov, E. Süleymanov, Q. Qarayev və C. Naxçıvanski küçələrinə verilən qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.