• Home  
  • “Milan”ın və İtaliya millisinin əfsanəvi müdafiəçisi Franko Barezi vəfat edib
- Dünya - Gündəm - Idman

“Milan”ın və İtaliya millisinin əfsanəvi müdafiəçisi Franko Barezi vəfat edib

“Milan”ın və İtaliya millisinin əfsanəvi müdafiəçisi Franko Barezi 66 yaşında vəfat edib. Əks-səda xəbər verir ki, bu barədə Milan təmsilçisi məlumat yayıb. O, ciyərində keçirdiyi əməliyyatdan sonra ağır xəstəliklə mübarizə aparırdı. F.Barezi bütün peşəkar karyerasını 1978-1997-ci illərdə çıxış etdiyi “Milan”da keçirib. O, bu müddətdə 719 matçda iştirak edib, 6 dəfə İtaliya çempionu olub, 3 dəfə Avropa Çempionları […]

“Milan”ın və İtaliya millisinin əfsanəvi müdafiəçisi Franko Barezi 66 yaşında vəfat edib.

Əks-səda xəbər verir ki, bu barədə Milan təmsilçisi məlumat yayıb.

O, ciyərində keçirdiyi əməliyyatdan sonra ağır xəstəliklə mübarizə aparırdı.

F.Barezi bütün peşəkar karyerasını 1978-1997-ci illərdə çıxış etdiyi “Milan”da keçirib. O, bu müddətdə 719 matçda iştirak edib, 6 dəfə İtaliya çempionu olub, 3 dəfə Avropa Çempionları Kubokunu (UEFA Çempionlar Liqası) və 2 dəfə Qitələrarası Kuboku qazanıb, həmçinin 15 il komandanın kapitanı olub. Karyerasını başa vurduqdan sonra onun geyindiyi 6 nömrəli forma tədavüldən çıxarılıb.

İtaliya millisinin heyətində 81 oyun keçirən sabiq müdafiəçi 1982-ci ildə dünya çempionu olub və 1994-cü il dünya çempionatının finalına yüksələn milli komandanın kapitan sarğısını daşıyıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.