• Home  
  • “Arsenal” Vinisius üçün “Real”a 135 milyon avro təklif edib
- Dünya - Gündəm - Idman

“Arsenal” Vinisius üçün “Real”a 135 milyon avro təklif edib

İngiltərənin “Arsenal” klubu İspaniyanın “Real” komandasında çıxış edən braziliyalı vinger Vinisius Juniorun transferi üçün 135 milyon avro təklif edib. Əks-səda xəbər verir ki, bonuslar da nəzərə alınmaqla sözügedən transferin ümumi dəyəri 145 milyon avroya çata bilər. Bildirilir ki, Vinisius da karyerasını “topçular”da davam etdirməyə müsbət yanaşır. Belə ki, braziliyalı futbolçu “Kral klubu”nun 2027-ci ilin yayında başa […]

İngiltərənin “Arsenal” klubu İspaniyanın “Real” komandasında çıxış edən braziliyalı vinger Vinisius Juniorun transferi üçün 135 milyon avro təklif edib.

Əks-səda xəbər verir ki, bonuslar da nəzərə alınmaqla sözügedən transferin ümumi dəyəri 145 milyon avroya çata bilər.

Bildirilir ki, Vinisius da karyerasını “topçular”da davam etdirməyə müsbət yanaşır.

Belə ki, braziliyalı futbolçu “Kral klubu”nun 2027-ci ilin yayında başa çatacaq müqaviləsinin uzadılması ilə bağlı təklifini qəbul etməyib.

26 yaşlı Vinisius 2018-ci ildən “Real”ın formasını geyinir. O, Madrid təmsilçisinin heyətində keçirdiyi 375 oyunda 128 qol vurub, 100 məhsuldar ötürmə ilə yadda qalıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.