• Home  
  • İtaliyada avtoqəzada 6 nəfər ölüb, 34 nəfər yaralanıb
- Dünya - Gündəm - Hadisə

İtaliyada avtoqəzada 6 nəfər ölüb, 34 nəfər yaralanıb

İtaliyada Latsio və Umbriya sərhədindəki Terni-Rieti avtomobil yolunda baş verən ağır avtoqəza nəticəsində 6 nəfər ölüb, 34 nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə “Rai News” məlumat yayıb. Məlumata görə, avtobus əks istiqamətdə hərəkət edən furqonla toqquşub. Üç minik avtomobili isə toqquşmadan yayına bilməyib və onlardan biri aşıb. Ölənlərdən 4-ü avtobusda olub. Daha 2 nəfər […]

İtaliyada Latsio və Umbriya sərhədindəki Terni-Rieti avtomobil yolunda baş verən ağır avtoqəza nəticəsində 6 nəfər ölüb, 34 nəfər yaralanıb.

Əks-səda xəbər verir ki, bu barədə “Rai News” məlumat yayıb.

Məlumata görə, avtobus əks istiqamətdə hərəkət edən furqonla toqquşub. Üç minik avtomobili isə toqquşmadan yayına bilməyib və onlardan biri aşıb.

Ölənlərdən 4-ü avtobusda olub. Daha 2 nəfər isə furqonda olub – onlar Terni ətrafındakı ekskursiyadan qayıdan turistlər idi. Yaralılar xəstəxanalara yerləşdirilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.