• Home  
  • Avstriyada yeni temperatur rekordu qeydə alınıb
- Cəmiyyət - Dünya - Gündəm

Avstriyada yeni temperatur rekordu qeydə alınıb

Avstriyada hava temperaturu rekord göstəriciyə – 41 dərəcə Selsiyə çatıb. Əks-səda xəbər verir ki, bu barədə “Der Standard” qəzeti “Geosphere Austria” meteorologiya xidmətinə istinadən məlumat yayıb. Meteorologiya xidmətinin məlumatına görə, cəmi bir gün ərzində temperatur 40,8 dərəcədən 41 dərəcəyə yüksəlib ki, bu da bütün müşahidə tarixi ərzində ən yüksək göstərici olub. Qeyd olunub ki, Vyana və […]

Avstriyada hava temperaturu rekord göstəriciyə – 41 dərəcə Selsiyə çatıb.

Əks-səda xəbər verir ki, bu barədə “Der Standard” qəzeti “Geosphere Austria” meteorologiya xidmətinə istinadən məlumat yayıb.

Meteorologiya xidmətinin məlumatına görə, cəmi bir gün ərzində temperatur 40,8 dərəcədən 41 dərəcəyə yüksəlib ki, bu da bütün müşahidə tarixi ərzində ən yüksək göstərici olub.

Qeyd olunub ki, Vyana və Aşağı Avstriya federal torpağının şərqində ən yüksək səviyyəli hava xəbərdarlığı qüvvədə qalır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.