• Home  
  • Naxçıvanda İrandan Böyük Britaniyaya yük aparan maşında külli miqdarda narkotik aşkarlanıb
- Gündəm - Hadisə - Ölkə

Naxçıvanda İrandan Böyük Britaniyaya yük aparan maşında külli miqdarda narkotik aşkarlanıb

Naxçıvanda İrandan Böyük Britaniyaya yük aparan avtomobildə külli miqdarda narkotik aşkar olunub. Əks-səda xəbər verir ki, Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Böyük Britaniyaya “qarışıq ərzaq” yükü aparan nəqliyyat vasitəsində narkotik axtarışı üzrə xidməti itin tətbiqi ilə gömrük yoxlaması aparılıb. Nəticədə nəqliyyat vasitəsinin dartıcısındakı soyuducunun alt hissəsində kustar üsulla düzəldilmiş gizli […]

Naxçıvanda İrandan Böyük Britaniyaya yük aparan avtomobildə külli miqdarda narkotik aşkar olunub.

Əks-səda xəbər verir ki, Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Böyük Britaniyaya “qarışıq ərzaq” yükü aparan nəqliyyat vasitəsində narkotik axtarışı üzrə xidməti itin tətbiqi ilə gömrük yoxlaması aparılıb.

Nəticədə nəqliyyat vasitəsinin dartıcısındakı soyuducunun alt hissəsində kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən külli miqdarda – 4 kiloqram 500 qram narkotik vasitə – tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.