• Home  
  • Tümendə daşqın səbəbindən 133 evi su basıb
- Dünya - Gündəm - Hadisə

Tümendə daşqın səbəbindən 133 evi su basıb

Rusiyanın Tümen vilayətinin üç bələdiyyəsində daşqın nəticəsində 130-dan çox yaşayış evini və 2 minə yaxın həyətyanı və bağ sahəsini su basıb. Əks-səda xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Moor məlumat verib. “Üç bələdiyyədə 133 yaşayış evini, 1 964 həyətyanı və bağ sahəsini su basıb. 64 nəfər, o cümlədən 9 uşaq təxliyə edilib. Onlardan 41 nəfəri […]

Rusiyanın Tümen vilayətinin üç bələdiyyəsində daşqın nəticəsində 130-dan çox yaşayış evini və 2 minə yaxın həyətyanı və bağ sahəsini su basıb.

Əks-səda xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Moor məlumat verib.

“Üç bələdiyyədə 133 yaşayış evini, 1 964 həyətyanı və bağ sahəsini su basıb. 64 nəfər, o cümlədən 9 uşaq təxliyə edilib. Onlardan 41 nəfəri müvəqqəti yerləşdirmə məntəqələrinə yerləşdirilib”, – o bildirib.

Regionda Tura, Tavda və Pışma çaylarında daşqın müşahidə olunur. Tümendə və Nijnyaya Tavda kəndində çaylarda suyun səviyyəsi enməyə başlayıb, Tümen dairəsindəki Pışma çayında suyun səviyyəsi artmaqda davam edir, Tura çayındakı daşqın dalğası isə Yarkovo dairəsinə çatıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.