• Home  
  • Azərbaycan gömrükçüləri İrandan Gürcüstana aparılan tiryəki aşkar edib
- Gündəm - KriminaI - Ölkə

Azərbaycan gömrükçüləri İrandan Gürcüstana aparılan tiryəki aşkar edib

Dövlət Gömrük Komitəsinin (DGK) Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks tədbirlər nəticəsində narkotik vasitə – tiryək aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Əks-səda xəbər verir ki, bu barədə DGK məlumat yayıb. Bildirilib ki, idarənin “Mazımqara” gömrük postunun idxal nəzarət xəttində Azərbaycandan tranzit keçməklə Gürcüstandan İrana “minik avtomobilləri” yükü daşıyan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə gömrük […]

Dövlət Gömrük Komitəsinin (DGK) Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks tədbirlər nəticəsində narkotik vasitə – tiryək aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Əks-səda xəbər verir ki, bu barədə DGK məlumat yayıb.

Bildirilib ki, idarənin “Mazımqara” gömrük postunun idxal nəzarət xəttində Azərbaycandan tranzit keçməklə Gürcüstandan İrana “minik avtomobilləri” yükü daşıyan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb olunub.

Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısında gömrük nəzarətindən gizlədilən təmiz çəkisi 385 qram narkotik vasitə – tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.