• Home  
  • Yaponiyanın Okinava və Kaqosima hava limanlarında qasırğa səbəbindən 470 reys ləğv edilib
- Dünya - Gündəm - Hadisə

Yaponiyanın Okinava və Kaqosima hava limanlarında qasırğa səbəbindən 470 reys ləğv edilib

Yaponiyada qasırğa səbəbindən əsasən Okinava və Kaqosima prefekturalarının hava limanlarında 470-ə yaxın reys ləğv edilib. Əks-səda xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Avqustun 8-nə həmin prefekturaların hava limanlarından yola düşən 320-dən çox reysin ləğv edildiyi artıq təsdiqlənib. Bundan başqa, avqustun 9-da Naha hava limanına gələn və ya oradan yola düşən reyslər də daxil […]

Yaponiyada qasırğa səbəbindən əsasən Okinava və Kaqosima prefekturalarının hava limanlarında 470-ə yaxın reys ləğv edilib.

Əks-səda xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Avqustun 8-nə həmin prefekturaların hava limanlarından yola düşən 320-dən çox reysin ləğv edildiyi artıq təsdiqlənib. Bundan başqa, avqustun 9-da Naha hava limanına gələn və ya oradan yola düşən reyslər də daxil olmaqla üç reys ləğv edilib.

Aviaşirkətlər ləğv edilmiş reyslərin sayının arta biləcəyini istisna etmirlər.

Ölkənin meteorologiya xidməti xəbərdarlıq edib ki, qasırğa Okinava və Amami adalarına yaxınlaşır. Bəzi rayonlarda 4-cü səviyyəli təhlükə xəbərdarlığı elan olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.