• Home  
  • Cəlilabadda avtomobil dərəyə aşıb, xəsarət alanlar var
- Gündəm - Hadisə - Ölkə

Cəlilabadda avtomobil dərəyə aşıb, xəsarət alanlar var

Cəlilabadda avtomobilin 50 metr hündürlükdən aşması nəticəsində 1-i azyaşlı olmaqla 4 nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, hadisə axşam saatlarında rayonun Soltankənd–Zəhmətabad avtomobil yolunda qeydə alınıb. Belə ki, hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində avtomobil təxminən 50 metr hündürlükdən aşıb. Qəza zamanı avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar […]

Cəlilabadda avtomobilin 50 metr hündürlükdən aşması nəticəsində 1-i azyaşlı olmaqla 4 nəfər xəsarət alıb.

Əks-səda xəbər verir ki, hadisə axşam saatlarında rayonun Soltankənd–Zəhmətabad avtomobil yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində avtomobil təxminən 50 metr hündürlükdən aşıb.

Qəza zamanı avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya hospitalizasiya olunublar.

Xəsarət alanlar Yardımlı rayon sakini; 1980-ci il təvəllüdlü Elbrus Fərman oğlu Qafarov, Sumqayıt şəhər sakinləri 2003-cü il təvəllüdlü Zəhra Əlizamin qızı Qafarova, 2012-ci il təvəllüdlü S. Qafarov və 2025-ci il təvəllüdlü M. Məmmədovadır.

Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.