• Home  
  • Fransada isti və quraqlıq səbəbindən Luara çayı dayazlaşıb
- Dünya - Gündəm - Hadisə

Fransada isti və quraqlıq səbəbindən Luara çayı dayazlaşıb

Fransada Luara çayında suyun səviyyəsi kritik dərəcədə aşağı səviyyəyə çatıb. Əks-səda xəbər verir ki, isti və quraqlıq səbəbindən çay yatağı gündən-günə daha çox üzə çıxır. Luara sahilində yerləşən Luaroksans şəhərinin meri Jan-Pol Yuenin sözlərinə görə, suyun hazırkı səviyyəsi ilə regionda tarixi daşqının qeydə alındığı fevral ayındakı göstərici arasındakı fərq 8-9 metr təşkil edir. O həmçinin yaxın […]

Fransada Luara çayında suyun səviyyəsi kritik dərəcədə aşağı səviyyəyə çatıb.

Əks-səda xəbər verir ki, isti və quraqlıq səbəbindən çay yatağı gündən-günə daha çox üzə çıxır.

Luara sahilində yerləşən Luaroksans şəhərinin meri Jan-Pol Yuenin sözlərinə görə, suyun hazırkı səviyyəsi ilə regionda tarixi daşqının qeydə alındığı fevral ayındakı göstərici arasındakı fərq 8-9 metr təşkil edir.

O həmçinin yaxın vaxtlarda yağıntı düşməyəcəyi təqdirdə, şəhərdə içməli suyun istifadəsinə müvəqqəti məhdudiyyətlərin tətbiq oluna biləcəyindən narahatlığını ifadə edib.

Qeyd olunub ki, Avropanın digər böyük çayları, o cümlədən Reyn və Dunay kimi, Luaranın da dayazlaşması yağıntıların kifayət qədər olmaması və son aylarda müşahidə edilən anomal isti hava ilə əlaqədardır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.