• Home  
  • ABŞ-də nar şirəsi zavodunda kimyəvi sızma olub, 58 nəfər zəhərlənib
- Dünya - Gündəm - Hadisə

ABŞ-də nar şirəsi zavodunda kimyəvi sızma olub, 58 nəfər zəhərlənib

ABŞ-nin Kaliforniya ştatında nar şirəsi istehsalçısı “POM Wonderful” şirkətinin zavodunda kimyəvi maddə sızması nəticəsində 58 nəfərə tibbi yardım göstərilib, onlardan 11-i xəstəxanaya yerləşdirilib. Əks-səda xəbər verir ki, bu barədə yerli ABC telekanalının Fresno dairəsinin yanğınsöndürmə xidmətinə istinadən yaydığı məlumatda bildirilib. Hadisə ilə əlaqədar zavodun təxminən 150 əməkdaşı təxliyə edilib. Sızma zonasına yaxın olan işçilər nəfəs almaqda […]

ABŞ-nin Kaliforniya ştatında nar şirəsi istehsalçısı “POM Wonderful” şirkətinin zavodunda kimyəvi maddə sızması nəticəsində 58 nəfərə tibbi yardım göstərilib, onlardan 11-i xəstəxanaya yerləşdirilib.

Əks-səda xəbər verir ki, bu barədə yerli ABC telekanalının Fresno dairəsinin yanğınsöndürmə xidmətinə istinadən yaydığı məlumatda bildirilib.

Hadisə ilə əlaqədar zavodun təxminən 150 əməkdaşı təxliyə edilib. Sızma zonasına yaxın olan işçilər nəfəs almaqda çətinlik və başgicəllənmədən şikayətləniblər.

Şirkətin məlumatına görə, zavodda tərkibində 15 faiz perasetik turşu olan “BioSide” təmizləyici məhlulundan təxminən bir qallona (3,8 litr) yaxın maye sızıb. Maddə boru kəmərindəki kiçik dəlikdən xaricə axıb.

“POM Wonderful” şirkəti zədələnmənin avadanlığın köhnəlməsi nəticəsində baş vermiş ola biləcəyini ehtimal etsə də, bunu hələlik təsdiqləməyib.

Yanğınsöndürmə xidmətindən bildirilib ki, işçilər məhlulun buxarının təsirinə məruz qalıblar. Kimyəvi maddələr kanalizasiya sisteminə və su hövzələrinə qarışmayıb. Müəssisənin ərazisindən kənarda əhali üçün təhlükə yaranmayıb.

Zavodun fəaliyyəti bir neçə saat sonra bərpa edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.