• Home  
  • ABŞ Ekvador narkokartelinin maraqları naminə istifadə olunan gəmiləri batırıb
- Dünya - Gündəm - Hadisə

ABŞ Ekvador narkokartelinin maraqları naminə istifadə olunan gəmiləri batırıb

ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində Ekvadorun “Los Çoneros” narkokartelinin maraqları naminə istifadə olunan bir qrup gəmini ələ keçirib və batırıb. Əks-səda xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb. Kəşfiyyat həmin gəmilərin “Los Çoneros”un maraqları naminə fəaliyyət göstərdiyini təsdiqləyib. Əsas gəmidə olan şəxslər saxlanılaraq Ekvador hakimiyyətinə təhvil veriliblər. Əsas gəmi yoxlanıldıqdan […]

Hadisə

ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində Ekvadorun “Los Çoneros” narkokartelinin maraqları naminə istifadə olunan bir qrup gəmini ələ keçirib və batırıb.

Əks-səda xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.

Kəşfiyyat həmin gəmilərin “Los Çoneros”un maraqları naminə fəaliyyət göstərdiyini təsdiqləyib. Əsas gəmidə olan şəxslər saxlanılaraq Ekvador hakimiyyətinə təhvil veriliblər.

Əsas gəmi yoxlanıldıqdan və ekipaj sahilə çıxarıldıqdan sonra ABŞ hərbçiləri onu yardımçı gəmilərlə birlikdə batırıblar.

Gəmilər qrupu Sakit okeanın şərq hissəsində yerləşib və üzən yanacaqdoldurma məntəqəsi kimi istifadə olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.