• Home  
  • ABŞ hərbçiləri Litvaya yola düşüb
- Dünya - Gündəm - Siyasət

ABŞ hərbçiləri Litvaya yola düşüb

ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür. Əks-səda xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda “X” sosial şəbəkəsində yazıb. “Mən yenicə təsdiq aldım ki, ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür! Biz təkcə Litva üçün deyil, həm də bütün regionun təhlükəsizliyi üçün vacib olan bu qərara görə ABŞ Prezidenti Donald Trampa və […]

Siyasət

ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür.

Əks-səda xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda “X” sosial şəbəkəsində yazıb.

“Mən yenicə təsdiq aldım ki, ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür! Biz təkcə Litva üçün deyil, həm də bütün regionun təhlükəsizliyi üçün vacib olan bu qərara görə ABŞ Prezidenti Donald Trampa və onun administrasiyasına minnətdarıq”, – Litva Prezidenti qeyd edib.

Nausedanın sözlərinə görə, ABŞ-nin Litvada hərbi mövcudluğu ölkənin çəkindirmə və kollektiv müdafiəsinin ayrılmaz hissəsidir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.