ABŞ hərbçiləri Meksika sərhədi yaxınlığında bu ölkənin üç narkotik kartelinin dronunun məhv olunması üçün lazer silahından istifadə edib.
Əks-səda “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ rəsmiləri bildiriblər.
Qeyd olunur ki, Şimali Amerikanin Birləşmiş Aerokosmik Müdafiə Komandanlığı və ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı AMP-HEL çoxmissiyalı lazer sistemindən istifadə ediblər.
Əməliyyatın yeri açıqlanmır. “Reuters” dronların ABŞ və ya Meksika ərazisi üzərində vurulub-vurulmadığını müəyyən edə bilməyib.
ABŞ hərbçilərinin açıqlamasına görə, dronlar ABŞ qoşunları, Gömrük və Sərhəd Mühafizəsi personalı üçün fiziki təhlükə yaradıb.


