• Home  
  • ABŞ İranda duzsuzlaşdırma qurğusunu hədəfə alıb, 20 kənd su çatışmazlığı ilə üzləşib
- Dünya - Gündəm

ABŞ İranda duzsuzlaşdırma qurğusunu hədəfə alıb, 20 kənd su çatışmazlığı ilə üzləşib

ABŞ İranın Cask şəhərindəki Bunci duzsuzlaşdırma qurğusunu hədəfə alıb. Əks-səda xəbər verir ki, Hörmüzqan Su Şirkəti Cask rayonunun qərbində yerləşən Bunci duzsuzlaşdırma qurğusunun hücuma məruz qaldığını açıqlayıb. Məlumata əsasən, hadisə nəticəsində ümumi əhalisi təxminən 10 min nəfər olan 20 kəndin içməli su təchizatında tam fasilə yaranıb. Hücum zamanı dənizdən xam suyun götürülməsi üçün nasos stansiyası, eləcə də […]

ABŞ İranın Cask şəhərindəki Bunci duzsuzlaşdırma qurğusunu hədəfə alıb.

Əks-səda xəbər verir ki, Hörmüzqan Su Şirkəti Cask rayonunun qərbində yerləşən Bunci duzsuzlaşdırma qurğusunun hücuma məruz qaldığını açıqlayıb.

Məlumata əsasən, hadisə nəticəsində ümumi əhalisi təxminən 10 min nəfər olan 20 kəndin içməli su təchizatında tam fasilə yaranıb.

Hücum zamanı dənizdən xam suyun götürülməsi üçün nasos stansiyası, eləcə də sutkada 3150 kubmetr istehsal gücünə malik Bunci duzsuzlaşdırma qurğusuna aid elektrik transformatoru tamamilə dağıdılıb.

Hörmüzqan Su Şirkətindən bildirilib ki, hücumdan sonra regiondakı 20 kəndin içməli su təchizatı tam dayandırılıb və həmin yaşayış məntəqələri ciddi su çatışmazlığı ilə üzləşib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.