• Home  
  • ABŞ İranın blokadası çərçivəsində 101 ticarət gəmisini yönləndirib
- Dünya - Gündəm - İQTİSADİYYAT

ABŞ İranın blokadası çərçivəsində 101 ticarət gəmisini yönləndirib

ABŞ qüvvələri 13 sentyabr tarixinə olan məlumata görə, İranın blokadasının təmin edilməsi çərçivəsində 101 ticarət gəmisini yönləndirib. Əks-səda xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) “X” sosial şəbəkəsindəki paylaşımında deyilir. Paylaşımda həmçinin amerikalı hərbçinin “USS John Paul Jones” (DDG 53) esminesinin göyərtəsində “MH-60R Sea Hawk” helikopterinin pilotuna siqnal verdiyi fotoşəkil də yerləşdirilib. […]

Dünya

ABŞ qüvvələri 13 sentyabr tarixinə olan məlumata görə, İranın blokadasının təmin edilməsi çərçivəsində 101 ticarət gəmisini yönləndirib.

Əks-səda xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.

Paylaşımda həmçinin amerikalı hərbçinin “USS John Paul Jones” (DDG 53) esminesinin göyərtəsində “MH-60R Sea Hawk” helikopterinin pilotuna siqnal verdiyi fotoşəkil də yerləşdirilib. Qeyd olunur ki, gəmi ABŞ-nin İrana qarşı blokadasına riayət olunmasını təmin etməyə davam edir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.