• Home  
  • ABŞ ordusu İrana növbəti zərbələri başa çatdırıb
- Dünya - Gündəm

ABŞ ordusu İrana növbəti zərbələri başa çatdırıb

ABŞ Silahlı Qüvvələri bazar ertəsinə keçən gecə İran ərazisindəki hədəflərə yeni zərbələr seriyası endirməyə başlayıb. “Əks-səda” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb. “Şərq sahilinin vaxtı ilə (bazar günü) saat 17:00-da (Bakı vaxtı ilə bazar ertəsi saat 01:00-da) CENTCOM bölmələri Hörmüz boğazından sərbəst keçən ticarət gəmilərinə […]

ABŞ Silahlı Qüvvələri bazar ertəsinə keçən gecə İran ərazisindəki hədəflərə yeni zərbələr seriyası endirməyə başlayıb.

Əks-səda” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

“Şərq sahilinin vaxtı ilə (bazar günü) saat 17:00-da (Bakı vaxtı ilə bazar ertəsi saat 01:00-da) CENTCOM bölmələri Hörmüz boğazından sərbəst keçən ticarət gəmilərinə və dinc dənizçilərə zərbə endirmək qabiliyyətini daha da zəiflətmək məqsədilə İrana əlavə zərbələr endirməyə başlayıb. Əmr ali baş komandan tərəfindən verilib”, – paylaşımda qeyd olunub.

Məlumatda həmçinin qeyd olunub ki, Amerika hərbçiləri İrandakı hədəflərə zərbələr endirməyi başa çatdırıb, hücum zamanı onlarla hədəf vurulub.

“CENTCOM İranın Hörmüz boğazından keçən beynəlxalq gəmiçiliyə hücumları davam etdirmək imkanlarını zəiflətmək məqsədilə yüksəkdəqiqlikli sursatların köməyi ilə bir neçə yerdə onlarla hədəfi vuraraq İrana qarşı yeni hücum zərbələri dalğasını başa çatdırıb”, – məlumatda bildirilib.

Qeyd olunub ki, zərbələr zamanı ABŞ Silahlı Qüvvələri qırıcılar, gəmilər və dronların köməyi ilə İranın hava hücumundan müdafiə sistemlərini, sahil radarlarını, eləcə də katerlərini vurub. Bu zaman ilk dəfə olaraq zərbə tipli dəniz dronlarından istifadə edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.