• Home  
  • ABŞ qoşunları sentyabrın sonuna qədər İraqı tərk edəcək
- Dünya - Gündəm

ABŞ qoşunları sentyabrın sonuna qədər İraqı tərk edəcək

Birləşmiş Ştatlar 23 ildir mövcud olduğu İraq ərazisindən sentyabrın 30-na kimi öz hərbi qüvvələrini tam şəkildə çıxaracaq. “Əks-səda” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb. Qeyd edilib ki, bu qərara İraq hökumətinin rəhbəri Əli əz-Zeydinin Vaşinqtona səfəri və Ağ Evdə ABŞ Prezidenti Donald Trampla apardığı danışıqlar çərçivəsində gəlinib. Donald Trampın sözlərinə görə, artıq […]

Birləşmiş Ştatlar 23 ildir mövcud olduğu İraq ərazisindən sentyabrın 30-na kimi öz hərbi qüvvələrini tam şəkildə çıxaracaq.

Əks-səda” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, bu qərara İraq hökumətinin rəhbəri Əli əz-Zeydinin Vaşinqtona səfəri və Ağ Evdə ABŞ Prezidenti Donald Trampla apardığı danışıqlar çərçivəsində gəlinib.

Donald Trampın sözlərinə görə, artıq İraqda ABŞ hərbçilərinə ehtiyac qalmayıb. Pentaqonun daha sonra verdiyi bəyanatda bildirilir ki, hərbi kontingentin tamamilə çıxarılması İraq Şam İslam Dövləti (İŞİD) terrorçularına qarşı əməliyyatların yekunlaşdırılmasına dair 2024-cü ildə imzalanmış müqaviləyə uyğun olaraq həyata keçiriləcək.

Gələcəkdə terrorçu qruplaşmalara qarşı mübarizəni ABŞ hərbçiləri tərəfindən təlim görmüş İraq silahlı qüvvələri davam etdirəcəklər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.