ABŞ Prezidenti Donald Trampın administrasiyası sentyabrın 29-dan etibarən bəzi spirtli içki, süd məhsulları və motosiklet növləri də daxil olmaqla, Kanada mallarının bir hissəsinin Birləşmiş Ştatlara tədarükünü qadağan etmək barədə qərar qəbul edib.
Əks-səda xəbər verir ki, bu barədə Ağ Evin dərc etdiyi sənədlərdə bildirilib.
Qeyd olunub ki, tədbirlər Kanada tərəfinin ticarət sahəsindəki “ayrı-seçkilik” səbəbindən qəbul edilib.
Bundan əlavə, ABŞ barəsində 50% həcmində rüsumların tətbiq ediləcəyi Kanada məhsullarının adları siyahısını genişləndirib. Bu tədbirlər sentyabrın 15-də qüvvəyə minəcək. Sözügedən siyahıya bəzi alüminium və polad məmulatları, həmçinin mebel və kağız daxil edilib. Sement və texniki duz siyahıdan çıxarılıb.
Tramp daha əvvəl, sentyabrın 8-də ABŞ-nin aidiyyəti qurumlarına Kanada məhsullarını ildə 50 milyard dollarlıq dövlət satınalmaları planlarından xaric etməyi tapşırıb.


