Avropa İttifaqı (Aİ) Şurası Avropa Sülh Fondu çərçivəsində Moldova Silahlı Qüvvələrinin dəstəklənməsi və ölkənin hava hücumundan müdafiə (HHM) sahəsindəki imkanlarının gücləndirilməsi üçün 120 milyon avronun ayrılmasını təsdiqləyib.
“Əks-səda” xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.
Vəsait Moldova ordusu üçün ortamənzilli HHM sisteminin tədarükünün maliyyələşdirilməsinə yönəldiləcək. Bu tədbir Aİ tərəfindən hava müşahidəsi və HHM sistemlərinin inkişafında əvvəllər göstərilən yardımı tamamlayacaq.
Brüsseldən qeyd edilib ki, yeni dəstək Moldova Silahlı Qüvvələrinə əməliyyat səmərəliliyini artırmağa və mülki əhalinin daha etibarlı müdafiəsini təmin etməyə imkan verəcək.
Yeni paket nəzərə alınmaqla, Avropa Sülh Fondu vasitəsilə Moldovaya göstərilən yardımın ümumi həcmi 317 milyon avroya çatıb.


