• Home  
  • Almaniyada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Almaniyada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

Şimali Reyn-Vestfaliya federal torpağındakı Erkelents şəhəri yaxınlığında (Almaniya) yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb. Əks-səda xəbər verir ki, göyərtdə olanlardan heç kim sağ qalmayıb. Haynsberq rayon polisinin məlumatına görə, “Cessna” təyyarəsi yerli vaxtla saat 11:20 radələrində Erkelents-Gerderat yaşayış məntəqəsinin yaxınlığındakı tarlaya düşüb. Təyyarə tamamilə dağılıb. Ölənlər və qəzanın başvermə şəraiti barədə hələlik məlumat verilmir. Qəzanın […]

Hadisə

Şimali Reyn-Vestfaliya federal torpağındakı Erkelents şəhəri yaxınlığında (Almaniya) yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

Əks-səda xəbər verir ki, göyərtdə olanlardan heç kim sağ qalmayıb.

Haynsberq rayon polisinin məlumatına görə, “Cessna” təyyarəsi yerli vaxtla saat 11:20 radələrində Erkelents-Gerderat yaşayış məntəqəsinin yaxınlığındakı tarlaya düşüb. Təyyarə tamamilə dağılıb.

Ölənlər və qəzanın başvermə şəraiti barədə hələlik məlumat verilmir. Qəzanın səbəbləri araşdırılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.