Türkiyənin paytaxtı Ankarada narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 26 nəfər həbs edilib.
Əks-səda xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Məlumata görə, əməliyyatlar Ankara Polis İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən sentyabrın 13-19-da həyata keçirilib.
Araşdırma zamanı 6 kq 164 qram marixuana, 4 206 ədəd sintetik dərman, 963 qram sintetik kannabinoid, 843 qram metamfetamin, 53 qram kokain, 35 ədəd çətənə bitkisi, 4 ədəd ekstazi və 1 qram heroin aşkarlanaraq götürülüb.
Bundan başqa, 7 həssas tərəzi, 4 tapança, 4 daraq, 66 patron, 119 935 Türkiyə lirəsi (təxminən 4 180 manat) və 5 200 ABŞ dolları (təxminən 8 840 manat) müsadirə edilib.
“Saxlanılan 84 şübhəlidən 26-sı hüquqi prosedurlar başa çatdıqdan sonra məhkəmə qərarı ilə həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərilib”, – məlumatda qeyd olunub.


