Belçika yığmasının və “Arsenal”ın ulduz futbolçusu Leandro Trossard karyerasını “Beşiktaş”da davam etdirməyə yaxındır.
“Əks-səda” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İstanbul klubunun prezidenti Serdal Adalı məlumat verib.
“Keçən il Trossard üçün “Arsenal”a 25 milyon avro təklif etmişdim. Futbolçunun özünə isə 8 milyon avro maaş verirdim, amma alınmadı, onu buraxmadılar. İndi onu daha aşağı maaşla alırıq”, – deyə klub prezidenti bildirib.
Klub prezidenti “Liverpul”un misirli ulduzu Məhəmməd Salahla yaxından maraqlandıqları barədə yayılan məlumatların isə doğru olmağını vurğulayıb.


