Azərbaycanın 19 yaşadək boksçulardan ibarət yığması iyulun 11-dən etibarən Almaniyanın Frankfurt (Oder) şəhərində keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaq.
Azərbaycan Boks Federasiyasının “Report”a verdiyi məlumata görə, 4 gün sürəcək yarışda U-19 millisinin baş məşqçisi Elbrus Rzayev və məşqçi Yadigar Məmmədov Əli Əliyevə (50 kq), Nihat Qasımova (55 kq), Əli Baxışova, Sübhan Babayevə, Toğrul Quliyevə (hər üçü 60 kq), Şahin Aslanova (65 kq), Rza Rzayevə (70 kq), Renat Qiyaslıya (75 kq), Səftər Məmmədzadəyə və Məhəmməd Cəfərova (hər ikisi +90 kq) rinqə çıxmaq imkanı yaradacaqlar.
Qadın komandasının baş məşqçisi İlkin Ağayev isə seçimini Banuçiçək Nəsirli (48 kq) və Gülər Hüseynovanın (51 kq) üzərində dayandırıb.
Bundan əlavə, ölkəmizi bu turnirdə hakim qismində Elxan Quliyev təmsil edəcək.


