• Home  
  • Azərbaycan cüdoçuları Türkiyədəki turnirdə 3 qızıl, 1 bürünc medal qazanıblar
- Gündəm - Idman - Ölkə

Azərbaycan cüdoçuları Türkiyədəki turnirdə 3 qızıl, 1 bürünc medal qazanıblar

Yeniyetmə oğlan cüdoçulardan ibarət Azərbaycan millisi Türkiyənin Ordu şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. Yarışda dörd idmançı ilə təmsil olunan yığmanın bütün üzvləri medal qazanıblar. Qərib Atababayev (55 kq), Raul Məlikzadə (60 kq) və Nihad Məlikli (+90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl mükafata […]

İdman

Yeniyetmə oğlan cüdoçulardan ibarət Azərbaycan millisi Türkiyənin Ordu şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.

Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Yarışda dörd idmançı ilə təmsil olunan yığmanın bütün üzvləri medal qazanıblar.

Qərib Atababayev (55 kq), Raul Məlikzadə (60 kq) və Nihad Məlikli (+90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl mükafata sahib olublar. Muhəmməd Səttarov (60 kq) isə turniri bürünc medalla başa vurub.

Millinin məşqçisi Orxan Səfərovun rəhbərliyi ilə yarışa qatılan yığma yekunda 3 qızıl və 1 bürünc olmaqla 4 mükafat qazanıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.