• Home  
  • Babək rayonunda iki avtomobil toqquşub, xəsarət alanlar var
- Gündəm - Hadisə - Ölkə

Babək rayonunda iki avtomobil toqquşub, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, qəza rayonun Xalxal kəndi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb. Belə ki, iki “Hyundai” markalı avtomobilin toqquşması nəticəsində Babək rayonunun Məzrə kənd sakinləri, 1993-cü il təvəllüdlü Mirəli Mirmehdi oğlu Seyidov və 1993-cü il təvəllüdlü Hatəm Əli oğlu Xələfov xəsarət alıblar. Yaralılar Naxçıvan Muxtar […]

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Əks-səda xəbər verir ki, qəza rayonun Xalxal kəndi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb.

Belə ki, iki “Hyundai” markalı avtomobilin toqquşması nəticəsində Babək rayonunun Məzrə kənd sakinləri, 1993-cü il təvəllüdlü Mirəli Mirmehdi oğlu Seyidov və 1993-cü il təvəllüdlü Hatəm Əli oğlu Xələfov xəsarət alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıb və müalicəyə cəlb ediliblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.