• Home  
  • Bakının Ceyhun Hacıbəyli küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
- Cəmiyyət - Gündəm - Ölkə

Bakının Ceyhun Hacıbəyli küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının Nəsimi rayonunun Ceyhun Hacıbəyli küçəsində yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə əlaqədar qazıntı işləri aparılmış hissədə yol örtüyünün bərpası həyata keçiriləcək. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, təmir-bərpa işlərinin qısa müddətdə yekunlaşdırılması məqsədilə istirahət günlərindən istifadə olunmaqla intensiv işlər aparılacaq. Bununla əlaqədar sentyabrın 18-i saat 23:00-dan […]

Cəmiyyət

Bakının Nəsimi rayonunun Ceyhun Hacıbəyli küçəsində yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə əlaqədar qazıntı işləri aparılmış hissədə yol örtüyünün bərpası həyata keçiriləcək.

Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, təmir-bərpa işlərinin qısa müddətdə yekunlaşdırılması məqsədilə istirahət günlərindən istifadə olunmaqla intensiv işlər aparılacaq.

Bununla əlaqədar sentyabrın 18-i saat 23:00-dan 20 sentyabr saat 02:00-dək Nəsimi rayonunda Ceyhun Hacıbəyli küçəsinin Ənvər Qasımzadə küçəsindən Hənifə Ələsgərov küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

“Sürücülərdən qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur”, – məlumatda qeyd olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.