• Home  
  • Baltikyanı ölkələr Aİ-dən dronlarla mübarizə üçün 500 milyon avro istəyib
- Dünya - Gündəm - Texnologiya

Baltikyanı ölkələr Aİ-dən dronlarla mübarizə üçün 500 milyon avro istəyib

Litva, Latviya və Estoniya hava məkanlarını pozan pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə sisteminin gücləndirilməsi məqsədilə Avropa Komissiyasından 500 milyon avro maliyyə ayrılmasını xahiş edib. Əks-səda xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Robertas Kaunas ölkənin milli radio kanalı LRT-yə müsahibəsində məlumat verib. Nazirin sözlərinə görə, Baltikyanı ölkələr pilotsuz uçuş aparatlarına qarşı mübarizə məsələsini Avropadakı tərəfdaşları […]

Texnologiya

Litva, Latviya və Estoniya hava məkanlarını pozan pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə sisteminin gücləndirilməsi məqsədilə Avropa Komissiyasından 500 milyon avro maliyyə ayrılmasını xahiş edib.

Əks-səda xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Robertas Kaunas ölkənin milli radio kanalı LRT-yə müsahibəsində məlumat verib.

Nazirin sözlərinə görə, Baltikyanı ölkələr pilotsuz uçuş aparatlarına qarşı mübarizə məsələsini Avropadakı tərəfdaşları ilə dəfələrlə müzakirə ediblər. Müzakirələrin nəticəsi olaraq Litva, Latviya və Estoniya bu istiqamətdə maliyyələşdirmə üçün Avropa Komissiyasına müraciət etmək qərarına gəlib.

Kaunas bildirib ki, dronlara qarşı mübarizə yalnız Baltikyanı region üçün deyil, bütün Avropa üçün aktual məsələdir.

Onun sözlərinə görə, Litva, Latviya və Estoniya Avropa İttifaqının xarici sərhədində yerləşir və digər Avropa ölkələrinin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Nazir hesab edir ki, bu səbəbdən Avropa İttifaqı regionun təhlükəsizliyinin gücləndirilməsinə daha çox investisiya yatırmalıdır.

Kaunas əlavə edib ki, 500 milyon avroluq maliyyə ilə bağlı müraciəti Litva, Latviya və Estoniyanın müdafiə nazirləri imzalayıb.

Litvanın müdafiə naziri həmçinin qeyd edib ki, Baltikyanı ölkələr pilotsuz uçuş aparatlarına qarşı vahid sistemin yaradılmasında liderlik etməyi planlaşdırırlar. Onun sözlərinə görə, süni intellekt texnologiyalarından istifadə edəcək bu sistem dronların aşkarlanması, tanınması və zərərsizləşdirilməsi imkanlarını vahid platformada birləşdirə bilər.

Kaunas vurğulayıb ki, belə bir sistemin yaradılması Baltikyanı ölkələrin təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, Avropanın ümumi hava məkanının qorunmasına da töhfə verə bilər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.