Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrana səfərinə hazırlıq görülür.
“Əks-səda” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai brifinqdə bildirib.
“Bu səfər planlaşdırma mərhələsindədir və tarix müəyyən edilən kimi bu barədə elan edəcəyik”, – o qeyd edib.


