• Home  
  • Bolqarıstan 90 milyon dollarlıq korrupsiya şübhələri fonunda BƏƏ-dəki səfirini geri çağırıb
- Dünya - Gündəm - Siyasət

Bolqarıstan 90 milyon dollarlıq korrupsiya şübhələri fonunda BƏƏ-dəki səfirini geri çağırıb

Bolqarıstan Xarici İşlər Nazirliyi korrupsiya şübhələri ilə əlaqədar ölkənin Birləşmiş Ərəb Əmirliklərindəki səfiri İvan Yordanovu geri çağırıb. Əks-səda xəbər verir ki, bu barədə yerli “FOCUS” agentliyi yazıb. Qeyd olunub ki, Bolqarıstanın xarici işlər naziri Velislava Petrova səfiri təcili şəkildə geri çağıraraq vəzifəsindən azad edib, həmçinin Bolqarıstanın BƏƏ-dəki səfirliyinin fəaliyyətinin yoxlanılmasını tapşırıb. “FOCUS” bu qərarı Bolqarıstanın daxili […]

Siyasət

Bolqarıstan Xarici İşlər Nazirliyi korrupsiya şübhələri ilə əlaqədar ölkənin Birləşmiş Ərəb Əmirliklərindəki səfiri İvan Yordanovu geri çağırıb.

Əks-səda xəbər verir ki, bu barədə yerli “FOCUS” agentliyi yazıb.

Qeyd olunub ki, Bolqarıstanın xarici işlər naziri Velislava Petrova səfiri təcili şəkildə geri çağıraraq vəzifəsindən azad edib, həmçinin Bolqarıstanın BƏƏ-dəki səfirliyinin fəaliyyətinin yoxlanılmasını tapşırıb.

“FOCUS” bu qərarı Bolqarıstanın daxili işlər naziri İvan Demerciyevin açıqladığı məlumatlarla əlaqələndirib. Onun sözlərinə görə, yol çəpərlərinin tədarükü üzrə dövlət müqavilələrinin böyük hissəsini əldə edən dörd şirkətin müqavilə qiymətləri 150 milyon levdən (89,5 milyon dollar) çox artırılıb.

Nəşrin məlumatına görə, həmin şirkətlərin siyasi xadimlərlə, o cümlədən BƏƏ-dəki səfirin atası ilə əlaqələri olub.

Vurğulanıb ki, vəsaitlərin bir hissəsi hər hansı fəaliyyət göstərməyən bir şirkətə köçürülüb. Daha sonra həmin pullardan deputat Delyan Peevskinin 36 uçuşunun maliyyələşdirilməsi üçün istifadə edilib və uçuşların ümumi dəyəri 5 milyon avronu keçib. “FOCUS”un məlumatına görə, sözügedən şirkət səfirin atasına məxsus olub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.