• Home  
  • Braziliya Argentina ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salıb
- Dünya - Gündəm - Siyasət

Braziliya Argentina ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salıb

Braziliya hökuməti Argentina ilə diplomatik münasibətlərin səviyyəsini müvəqqəti işlər vəkili səviyyəsinə endirmək qərarına gəlib. Əks-səda xəbər verir ki, bu barədə “CNN Brasil” telekanalı məlumat yayıb. Məlumata görə, hakimiyyət həmçinin səfir Julio Bitellini Buenos-Ayresə qaytarmamaq qərarına gəlib. Qəbul edilən qərar barədə Argentinanın Braziliyadakı səfiri Daniel Raymondiyə məlumat verilib və ona Braziliya Xarici İşlər Nazirliyinin etiraz notası təqdim edilib. […]

Braziliya hökuməti Argentina ilə diplomatik münasibətlərin səviyyəsini müvəqqəti işlər vəkili səviyyəsinə endirmək qərarına gəlib.

Əks-səda xəbər verir ki, bu barədə “CNN Brasil” telekanalı məlumat yayıb.

Məlumata görə, hakimiyyət həmçinin səfir Julio Bitellini Buenos-Ayresə qaytarmamaq qərarına gəlib. Qəbul edilən qərar barədə Argentinanın Braziliyadakı səfiri Daniel Raymondiyə məlumat verilib və ona Braziliya Xarici İşlər Nazirliyinin etiraz notası təqdim edilib.

Telekanal qeyd edib ki, bu addım Argentina Prezidenti Xavyer Mileylin Braziliya Prezidenti Luis İnasio Lula da Silvanın ünvanına səsləndirdiyi təhqiramiz ifadələrə reaksiya olaraq atılıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.