• Home  
  • Bu il Buenos-Ayresdə azərbaycanlı rəssamların sərgisi keçiriləcək
- Gündəm - Manşet - Mədəniyyət və Incəsənət

Bu il Buenos-Ayresdə azərbaycanlı rəssamların sərgisi keçiriləcək

Bu il Argentinanın paytaxtı Buenos-Ayresdə “Mədəni diplomatiya sənəti: sülh naminə incəsənət” layihəsi çərçivəsində azərbaycanlı rəssamların sərgisi keçiriləcək. “Əks-səda” xəbər verir ki, bu barədə Azərbaycanın Argentinadakı səfiri Rəmzi Teymurov ölkənin “Diafanís” jurnalına müsahibəsində bildirib. Onun sözlərinə görə, azərbaycanlı rəssamların Argentinaya səfəri gözlənilir: “Onlar öz əsərlərini Buenos-Ayresdə “Mədəni diplomatiya sənəti: sülh naminə incəsənət” layihəsi çərçivəsində təqdim edəcəklər”. R.Teymurov […]

Bu il Argentinanın paytaxtı Buenos-Ayresdə “Mədəni diplomatiya sənəti: sülh naminə incəsənət” layihəsi çərçivəsində azərbaycanlı rəssamların sərgisi keçiriləcək.

Əks-səda” xəbər verir ki, bu barədə Azərbaycanın Argentinadakı səfiri Rəmzi Teymurov ölkənin “Diafanís” jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, azərbaycanlı rəssamların Argentinaya səfəri gözlənilir:

“Onlar öz əsərlərini Buenos-Ayresdə “Mədəni diplomatiya sənəti: sülh naminə incəsənət” layihəsi çərçivəsində təqdim edəcəklər”.

R.Teymurov vurğulayıb ki, Azərbaycan səfirliyi Argentina ictimaiyyətində maraq doğura biləcək və Azərbaycan mədəniyyətinin tanıdılmasına kömək edəcək mədəni tədbirlərin təşkili üzərində daim işləyir.

Gələcək layihələr sırasında həmçinin Azərbaycan ədəbiyyatına həsr olunmuş tədbirlər və müxtəlif mövzularda sənədli filmlərin nümayişi etdirilməsi də planlaşdırılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.