Cəlilabadda yanğın baş verib.
Əks-səda xəbər verir ki, hadisə rayonun Dostallı kəndində qeydə alınıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.
Kənd sakinlərinin verdiyi məlumata görə, yanğın elektrik naqillərinin birləşməsi nəticəsində yaranıb.
Yanğın zamanı iki həyətyanı sahədə quru ot və bir tövlə yanıb.
Faktla bağlı araşdırma aparılır.


