• Home  
  • CENTCOM: ABŞ iyulun 15-də İran limanlarının blokadasını bərpa edəcək
- Dünya - Gündəm

CENTCOM: ABŞ iyulun 15-də İran limanlarının blokadasını bərpa edəcək

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) 14 iyul saat 16:00-da (Bakı vaxtı ilə 15 iyul saat 00:00-da) İran limanlarının blokadasını bərpa edəcək. “Əks-səda” xəbər verir ki, CENTCOM bu barədə məlumatı “X” sosial şəbəkəsində paylaşıb. “CENTCOM qüvvələri İran limanlarına və sahil ərazilərinə gedən və ya çıxan gəmilərə qarşı blokada tətbiq edəcək”, – bəyanatda deyilir. Digər gəmilərə Hörmüz […]

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) 14 iyul saat 16:00-da (Bakı vaxtı ilə 15 iyul saat 00:00-da) İran limanlarının blokadasını bərpa edəcək.

Əks-səda” xəbər verir ki, CENTCOM bu barədə məlumatı “X” sosial şəbəkəsində paylaşıb.

“CENTCOM qüvvələri İran limanlarına və sahil ərazilərinə gedən və ya çıxan gəmilərə qarşı blokada tətbiq edəcək”, – bəyanatda deyilir.

Digər gəmilərə Hörmüz boğazı və Oman körfəzindən sərbəst keçid imkanı veriləcək.

ABŞ aprelin 13-dən iyunun 18-ə qədər İrana qarşı dəniz blokadası tətbiq etmişdi. CENTCOM qüvvələri iki aylıq müddət ərzində 140-dan çox gəminin marşrutunu dəyişdirib, qaydaları pozan doqquz gəmini sıradan çıxarıb və humanitar yardım daşıyan 50-dən çox ticarət gəmisinin keçməsinə icazə verib.

Dünən ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İran limanlarının blokadasını yeniləyəcəyini və Hörmüz boğazının müdafiəsi üçün ödəniş olaraq ticarət gəmilərindən rüsum tətbiq edəcəyini açıqlayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.