ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Panama bayrağı altında üzən “Alqaya” tankerinin Hörmüz boğazında partlaması iddiasını təkzib edib.
Əks-səda xəbər verir ki, bununla bağlı paylaşım hərbçilərin “X” sosial şəbəkəsindəki səhifəsində edilib.
CENTCOM-un məlumatına görə, tanker hələ avqustda İranın raket zərbəsi nəticəsində sıradan çıxarılıb.
“Bu həftə sonu İran Oman sahillərində sularda olarkən tankeri yenidən dronla vurub. Tanker hazırda regional tərəfdaş tərəfindən yedəklənir”, – açıqlamada deyilir.
Daha əvvəl SEPAH Hörmüz boğazının cənub zonasından keçməyə çalışarkən gəminin minaya düşdüyünü bildirib. Gəmidə yanğın baş verib.


