• Home  
  • Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
- Dünya - Gündəm - Hadisə

Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var

Çexiya ordusuna məxsus hərbi helikopter ölkənin şərqində qəzaya uğrayıb. Əks-səda xəbər verir ki, bu barədə Çexiya Silahlı Qüvvələri “X” sosial şəbəkəsində məlumat yayıb. Bildirilib ki, Namest nad Oslavou şəhərində yerləşən 22-ci Hərbi Hava Qüvvələri Helikopter Bazasında qəzaya uğrayan UH-1Y Venom tipli helikopterin göyərtəsində beş hərbçi olub. Hadisə yerinə fövqəladə hallar xidmətləri cəlb edilib və xilasetmə əməliyyatı aparılır. Çexiyanın […]

Çexiya ordusuna məxsus hərbi helikopter ölkənin şərqində qəzaya uğrayıb.

Əks-səda xəbər verir ki, bu barədə Çexiya Silahlı Qüvvələri “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, Namest nad Oslavou şəhərində yerləşən 22-ci Hərbi Hava Qüvvələri Helikopter Bazasında qəzaya uğrayan UH-1Y Venom tipli helikopterin göyərtəsində beş hərbçi olub.

Hadisə yerinə fövqəladə hallar xidmətləri cəlb edilib və xilasetmə əməliyyatı aparılır.

Çexiyanın CTK agentliyinin məlumatına görə, qəza nəticəsində bir nəfər həlak olub.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.