Çinin cənubundakı Quandun əyalətinin Foşan şəhərində tekstil fabrikində baş verən yanğın nəticəsində azı 8 nəfər ölüb.
Əks-səda xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Yanğın sentyabrın 20-si axşam saatlarında Şunde rayonunda baş verib. Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.


