• Home  
  • Digahda torpağa basdırılmış “Kalaşnikov” avtomatı və sursat aşkarlanıb 
- Gündəm - Hadisə - Ölkə

Digahda torpağa basdırılmış “Kalaşnikov” avtomatı və sursat aşkarlanıb 

Abşeron rayonu, Digah qəsəbəsi ərazisində “Kalaşnikov” markalı avtomat silah, ona məxsus bir daraq və 96 ədəd 7,62 kalibrli güllə, bir əl qumbarası aşkarlanıb. Əks-səda xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bununla bağlı Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib. Əməliyyat nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən […]

Abşeron rayonu, Digah qəsəbəsi ərazisində “Kalaşnikov” markalı avtomat silah, ona məxsus bir daraq və 96 ədəd 7,62 kalibrli güllə, bir əl qumbarası aşkarlanıb.

Əks-səda xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.

Əməliyyat nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl avtomat və sursatları torpağa basdıraraq gizlətdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.