• Home  
  • DİN sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı xəbərdarlıq edib
- Cəmiyyət - Gündəm - Ölkə

DİN sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı xəbərdarlıq edib

Sosial şəbəkələrdə saxta elan və səhifələr vasitəsilə vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi halları müşahidə olunur. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, saxta səhifələrdə müxtəlif məsələlərin həlli, hesabların izlənilməsi və ya ələ keçirilməsi, silinmiş yazışmaların bərpası, “xaker” və digər rəqəmsal xidmətlər təklif olunur. Ödəniş alındıqdan sonra isə xidmət göstərilmir və ya […]

Ölkə

Sosial şəbəkələrdə saxta elan və səhifələr vasitəsilə vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi halları müşahidə olunur.

Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, saxta səhifələrdə müxtəlif məsələlərin həlli, hesabların izlənilməsi və ya ələ keçirilməsi, silinmiş yazışmaların bərpası, “xaker” və digər rəqəmsal xidmətlər təklif olunur. Ödəniş alındıqdan sonra isə xidmət göstərilmir və ya şəxsi və bank məlumatlarının ələ keçirilməsinə cəhd edilir.

Vətəndaşlara belə xidmət təkliflərinin etibarlılığını əvvəlcədən yoxlamaq, tanımadıqları şəxslərə ödəniş etməmək və şəxsi məlumatlarını paylaşmamaq tövsiyə olunur.

Şübhəli hallarla qarşılaşdıqda DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edin.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.