• Home  
  • DTX-nin saxladığı “Çevik” ləqəbli tiktoker həbs olunub
- Cəmiyyət - Gündəm - KriminaI - Ölkə

DTX-nin saxladığı “Çevik” ləqəbli tiktoker həbs olunub

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Məqsəd Məcid oğlu Bağırov və Kamran Ramiz oğlu Bilalov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Əks-səda xəbər verir ki, onlara Cinayət Məcəlləsinin 283-cü (283. Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə ittiham elan ediliblər. Belə ki, Kamran Bilalov və Məqsəd Bağırov cəmiyyətdə dini nifrət […]

Hadisə

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Məqsəd Məcid oğlu Bağırov və Kamran Ramiz oğlu Bilalov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Əks-səda xəbər verir ki, onlara Cinayət Məcəlləsinin 283-cü (283. Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə ittiham elan ediliblər.

Belə ki, Kamran Bilalov və Məqsəd Bağırov cəmiyyətdə dini nifrət və düşmənçilik salınması ilə bağlı əməllərin törədilməsində təqsirli bilinirlər.

Qeyd edək ki, “Çevik” ləqəbli Məqsəd Bağırov “TikTok” sosial şəbəkəsində canlı yayımlar açaraq dini mövzularda müxtəlif mübahisəli fikirlər söyləyib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.