Əlcəzairin Bumerdes əyalətində sərnişin avtobusunun aşması nəticəsində azı 25 nəfər ölüb.
Əks-səda “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Əlcəzairin Mülki Müdafiə Agentliyindən bildirilib.
Bundan əlavə, hadisə nəticəsində 44 nəfər yaralanıb.
Məlumata görə, zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara təxliyə ediliblər.


